DÇ-2022-nin seçmə mərhələsinin Albaniya – İngiltərə oyunu ləğv oluna bilər.
Apasport.az saytının məlumatına görə, bu barədə Albaniya Futbol Assosiasiyası rəsmi saytı vasitəsilə xəbər yayıb.
Bildirilib ki, təhlükəsizlik tədbirlərinə yerli polis şöbəsi zəmanət vermədiyi üçün qarşılaşma baş tutmaya bilər: “Tirana Polis Şöbəsindən federasiyaya Albaniya - İngiltərə görüşündən əvvəl və sonra təhlükəsizlik tədbirlərinə zəmanət verilmədiyi barədə məktub gəlib. Albaniya Futbol Assosiasiyası aidiyyəti strukturlardan təcili cavab tələb edir. Matçın ləğvi ölkənin, millinin imici və ümumiyyətlə, Albaniya futbolu üçün fəlakətli nəticələrə səbəb ola bilər”.
Qeyd edək ki, Albaniya – İngiltərə görüşü martın 28-də keçirilməlidir.
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə