“Real”ın baş məşqçisi Karlo Ançelotti Madrid klubunda nə qədər müddət çalışmaq istədiyini açıqlayıb.
Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssis 80 yaşınadək İspaniya nəhəngində qalmaq istəyindədir.
Ançelotti Madrid təmsilçisində görüləcək işlərinin çox olduğunu qeyd edib: “Əgər ağlımı itirməsəm, 80 yaşınadək “Real”da qalacam. “Real”dan gedəndə karyeramı bitirə bilərəm. Daha yaxşı klub tapmaq asan olmaayacaq. Görək “Real” məndən bezəndə necə olacaq. Amma məndə problem yoxdur. Hələ burda çox iş görməliyəm”.
Qeyd edək ki, 62 yaşlı mütəxəssis bu il “Real”la La Liqanın çempionu olub və Çempionlar Liqasının finalına yüksəlib.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"