Karlo Ançelotti Çempionlar Liqasında yeni rekorda imza atıb.
Apasport.az saytının məlumatına görə, “Real”ın baş məşqçisi karyerası ərzində 5-ci dəfə komandasını finala çıxarıb.
Bununla da Ançelotti həmyerlisi Marçelo Lippinin rekordunu arxada qoyub. 62 yaşlı mütəxəssisin yetirmələri yarımfinalda “Mançester Siti”ni mübarizədən kənarlaşdırıb – 3:4, 3:1.
Ançelotti 2003-cü, 2005-ci, 2007-ci illərdə “Milan”, 2014-cü ildə “Real”la finala yüksəlib. Turnirin üçqat qalibi olan mütəxəssis yalnız 2005-ci ildə finalda “Liverpul”a penaltilərlə uduzub. 2 il sonra eyni rəqibdən revanş alınıb.
Qeyd edək ki, “Real” mayın 28-də Parisdə keçiriləcək finalda “Liverpul”la qarşılaşacaq.
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi