Azərbaycan Premyer Liqasının 2020/21 mövsümündə iştirak edən 8 komandadan dördü zirzəmini görüb.
Apasport.az saytının məlumatına görə, söhbət turu sonuncu – 8-ci pillədə başa vurmaqdan gedir.
Autsayder mövqeyində daha çox yer alan “Sabah”dır. Visente Qomesin yetirmələri mövsümdə 7-ci dəfə turu son sırada tamamlayıb.
Yay fasiləsində ən çox transfer edən klublar sırasında yer alan bakılılar avrokubok xəyalını Premyer Liqada qalmaq arzusuna dəyişib.
Digər paytaxt təmsilçisi “Səbail” isə zirzəmiyə 5 dəfə düşüb. Autsayderlərdən nisbətən uzaqlaşan “Qəbələ” 4 dəfə sonuncu olsa da, hazırda bu pillədən 6 xal öndədir.
Uzun müddətdir aşağı pillələrdə var-gəl edən “Keşlə”də autsayderlik yaşayıb. Paytaxt klubu buna yalnız bir turda üzülüb.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!