Avropa Liqasının bir oyunu koronavirusa görə təxirə salına bilər
27.10.2021 - 13:04
Avropa Liqasının qrup mərhələsinin “Spartak” (Moskva) – “Napoli” oyunu təxirə salına bilər.
Apasport.az saytının məlumatına görə, buna səbəb Rusiyanın paytaxtı Moskvada koronavirusa yoluxma sayının yenidən artmasıdır.
Bunu nəzərə alan İtaliya təmsilçisi V tur çərçivəsində baş tutacaq görüşün vaxtının dəyişdirilməsi üçün UEFA-ya müraciət etmək qərarına gəlib. İkinci variant kimi isə görüşün başqa ölkədə keçirilməsi təklif ediləcək.
Qeyd edək ki, “Spartak” – “Napoli” oyunu noyabrın 24-nə təyin olunub.
0
0