Xorvatiyalı futbolçu Lovro Zvonarek yeni rekorda imza atıb.
Apasport.az saytının məlumatına görə, “Slaven”in futbolçusu Avropa futbolu tarixinə yüksək liqada kapitan kimi meydana çıxan ən gənc oyunçu olub.
O, Xorvatiya çempionatının “Hayduk”la görüşünə kapitan funksiyasını yerinə yetirib. Lovro 16 yaş 351 günlüyündə bunu bacarıb.
O, Kristofer Ayerin 7 il əvvəl Norveç çempionatında imza atdığı Avropa rekordunu yeniləyib. Skandinaviyalı “Start”da 16 yaş 355 günlüyündə kapitan olub.
Qeyd edək ki, Avropada bu iki futbolçudan başqa 17 yaşı tamam olmadan kapitan sarğısına layiq görülən oyunçu olmayıb.
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi