Azərbaycan Kubokunda yarımfinal mərhələsinin oyunlarının vaxtı dəqiqləşdi
11.04.2022 - 16:56
Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyunlarının təqvimi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, hər iki qarşılaşma eyni gündə baş tutacaq.
Öncə “Qəbələ” “Qarabağ”ı qəbul edəcək. Ardınca paytaxt derbisində “Zirə” və “Neftçi” üz-üzə gələcək. Görüşlər “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
Azərbaycan kuboku
Yarımfinal, ilk oyunlar
20 aprel (çərşənbə)
17:30. “Qəbələ” – “Qarabağ”
Qəbələ şəhər stadionu
20:00. “Zirə” – “Neftçi”
Zirə İdman Kompleksinin stadionu
- "Son rəqs" üçün Argentinaya gəldi – Messi milliyə vida edir
- Ronaldonun millidəki taleyinə aydınlıq gəldi: “Məşqçi istədiyi müddətdə...”
- “Üzümə bir söz deyə bilmirlər” – Hacıosmanoğlu susqunluğunu pozdu
- Serdal Adalı yenidən “Beşiktaş” prezidenti seçilib
- Bu günün futbol matçları – Hansı oyun hansı kanalda?
0
0