Azərbaycan Premyer Liqasında mövsümün rekordu
05.05.2022 - 11:05
Azərbaycan Premyer Liqasında tamaşaçı sayında mövsümün yeni rekordu qeydə alınıb.
Apasport.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, XXV turun oyunlarını ümumilikdə 5800 azarkeş izləyib.
“Şamaxı” – “Səbail” qarşılaşmasında 2200, “Qarabağ” – “Sabah” matçında 1800 tamaşaçı olub. “Sumqayıt”la “Neftçi”nin duelini 1300, “Zirə” və “Qəbələ” arasında görüşü 500 nəfər seyr edib.
Bu, mövsümün bir tur üçün ən yüksək göstəricisidir. Bunadək rekord III turda qeydə alınmışdı – 4750. XV turu 4550, XXII turu 4150 tamaşaçı seyr edib.
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
0
0