Dağlıq Qarabağda baş verən hadisələr bütün dünyanın diqqət mərkəzindədir.
Apasport.az saytının məlumatına görə, futbol əfsanəsi Ronaldinyo da terrorçu Ermənistanın törətdiklərinə biganə qalmayıb.
Braziliya millisinin sabiq oyunçusu sosial şəbəkə paylaşımında Azərbaycana dəstək olub. 40 yaşlı cənubi amerikalı paylaşdığı videoda erməni terroru üzündən vətənindən qaçqın düşən yüz minlərlə insanın tezliklə öz yurdlarına qayıdacağına inam ifadə edib: “Azərbaycandan olan bütün insanlara salam göndərirəm. Qoy hər kəs salamat evlərinə qayıtsın. Azərbaycanda mən çox gözəl qarşılandım. Tezliklə ora qayıtmaq istəyirəm”.
Qeyd edək ki, karyerası ərzində “Qremio”, “Flamenqo”, “Atletiko Mineyro”, “Fluminense” (hamısı Braziliya), PSJ (Fransa), “Barselona” (İspaniya), “Milan” (İtaliya) və “Keretaro” (Meksika) klublarında oynamış Ronaldinyo 1999-2013-cü illərdə şərəfini qoruduğu Braziliya millisində 97 oyunda 3 qol vurub. 2002-ci ilin dünya çempionu 2004 və 2005-ci illərdə FİFA-nın “İlin futbolçusu”, 2005-ci ildə “France Football”ın “Qızıl top” mükafatına yiyələnib. O, 2016-cı ildə Bakıya gələrək “Ronaldinyo Akademiyası”nın açılması barədə “Qəbələ” klubu anlaşma imzalayıb.
Azərbaycana dəstək oldu - Ronaldinyo
29.10.2004 - 19:53
0
0