Qana futbol tarixinin rəmzi komandası açıqlanıb.
Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) afrikalıların simvolik “11-liy”ini müəyyənləşdirib.
2019-2020-ci illərdə ölkəmizdə “Səbail”in şərəfini qorumuş ulduz futbolçu Maykl Essyen də Qana tarixinin ən yaxşıları sırasına düşüb. 4-5-1 sxeminə uyğun qurulan komandada Essyen ən yaxşı yarımmüdafiəçilər sırasında göstərilib.
Qapıçı: Robert Mensah;
Müdafiəçilər: Samuel Kuffur, Ceyms Kuuku Dadzi, Emmanuel Ofei Ansa, Kvadvo Asamoa;
Yarımmüdafiəçilər: Maykl Essyen, Abedi Pele, Kərim Abdul Razak, İbrahim Sandey, Məhəmməd Polo;
Hücumçu: Toni Yeboa.