Bakayoko “Çelsi”yə qayıdır
28.04.2022 - 12:15
İcarə əsasında “Milan”ın formasını geyinən Temue Bakayoko “Çelsi”yə qayıdacaq.
Apasport.az saytının məlumatına görə, İtaliya klubu 27 yarımmüdafiəçini saxlamaq niyyətində deyil.
Milanlılar icarə müddəti bitəndən sonra oyunçunun transferi üçün xərcə düşməməyə qərar verib. Bakayoko üçün A seriyası təmsilçisi 15 milyon avro ödəməli idi.
Klub rəhbərliyi onun əvəzinə Tommaso Pobeqanı geri qaytarmaq fikrindədir. Sonuncu cari mövsümü icarə əsasında “Torino”da keçirir.
Qeyd edək ki, Bakayoko cari mövsüm “Milan”da 17 matç keçirib.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0