“Barselona”nın baş məşqçisi Xavi yarımmüdafiəçi Frenki de Yonqun durumuna aydınlıq gətirib.
Apasport.az saytının məlumatına görə, gənc mütəxəssis niderlandlı orta sahə oyunçusunun mövsümün sonunda kataloniyalılarla vidalaşacağını istisna etməyib.
O, klubun maliyyə durumunun məsələdə əsas söz sahibi olacağını söyləyib: “Frenki bizim üçün vacib oyunçudur. O, mənim dönəmimdə, demək olar ki, daim əsas heyətdə meydana çıxır. Lakin klubun iqtisadi durumundan çox şey asılıdır. De Yonq uzun illər “Barselona”nın aparıcı simalarından biri ola bilər. Amma işlərin necə gedəcəyini görəcəyik”.
Qeyd edək ki, Frenki de Yonqun 75 milyon avroya “Mançester Yunayted”ə transfer edilməsi gözlənilir.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"