Baş məşqçisini qovdu – A seriyası klubu
01.03.2021 - 17:54
İtaliya klubu “Krotone” baş məşqçisi Covanni Stroppa ilə yollarını ayırıb.
Apasport.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə bəyanat yayıb.
Bildirilib ki, ardıcıl uğursuz nəticələr səbəbindən çalışdırıcı istefaya göndərilib. Komanda hazırda A seriyasında 12 xalla sonuncu pillədə qərarlaşır.
Qeyd edək ki, Covanni Stroppanın 2018-ci ildən çalışdırdığı “Krotone” ötən il A seriyasına vəsiqə qazanıb.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0