“İnter” baş məşqçisi Antinio Konte ilə bağlı qərarını verib.
Apasport.az saytının məlumatına görə, bir müddət əvvəl ayrılması gündəmdə olan təcrübəli mütəxəssislə bağlı fikirlər tam dəyişib.
“Neradzurra” rəhbərliyi onun növbəti bir neçə mövsüm də komandanın sükanı arxasında qalmasını istəyir. Bu səbəbdən ona yeni müqavilə təklif olunub. Tərəflər ortaq məxrəcə gələrsə, maaşı da artırılacaq. “İnter”lə sözləşmə müddəti 2022-ci ilin yayına qədər olan Kontenin növbəti mövsüm məvacibi 13,5 milyon avro təşkil edəcək.
Qeyd edək ki, “İnter” hazırda İtaliya A seriyasında turnir cədvəlinə başçılıq edir.
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
- Cek Qriliş məşqə gəlmədi – "Everton"dan sərt cəza