Bellinqem “Borussiya”da qalır
14.05.2022 - 16:12
Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Jud Bellinqem gələcək taleyi ilə bağlı sualları cavablandırıb.
Apasport.az saytının məlumatına görə, İngiltərə millisinin üzvü Bundesliqa klubunu tərk etməyə hazırlaşmır.
19 yaşlı hücumameylli oyunçu “Real” və “Liverpul”un maraq dairəsində olmasına baxmayaraq, müqaviləsinə sadiq qalacaq: “Hazırda yalnız növbəti matç haqda düşünürəm. Gələn mövsüm də komandada olacağam. Kluba kömək etməyə hazıram”.
Qeyd edək ki, Jud Bellinqem bu mövsüm 43 oyunda 6 qol vurub, 13 məhsuldar ötürmə verib.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0