Benzema ayın futbolçusu seçildi
09.10.2021 - 11:56
İspaniya La Liqasında ayın futbolçusu bəlli olub.
Apasport.az saytının məlumatına görə, bu mükafata Kərim Benzema layiq görülüb.
“Real”ın fransalı hücumçusu sentyabrın ən yaxşısı seçilib. Buna forvardın ötən ay nümayiş etdirdiyi oyun səbəb olub.
Kərim sentyabrda La Liqada 4 oyun keçirib. O, bu qarşılaşmalarda 6 qol vurub.
0
0