Bəhlul Mustafazadə millidən kənarlaşdırıldı
08.10.2021 - 18:50
Azərbaycan millisinin heyətində dəyişiklik olub.
Apasport.az saytının məlumatına görə, Bəhlul Mustafazadə komandanın heyətindən çıxarılıb.
O, artıq təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının düşərgəsindən ayrılıb. Buna futbolçunun zədəsi səbəb olub.
Müdafiəçi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində sabah - oktyabrın 9-da Bakı Olimpiya Stadionunda İrlandiya yığması ilə keçirəcəyi oyuna hazırlıq prosesində iştirak etməyəcək.
0
0