Bombardir millini tərk etdi
09.10.2021 - 20:03
Belçika millisinin futbolçusu Romelu Lukaku yığmadan ayrılıb.
Apasport.az saytının məlumatına görə, İngiltərə “Çelsi”sinin hücumçusunun bu addımının səbəbi müəyyənləşməyib.
O, Millətlər Liqasının sabah keçiriləcək 3-cü yer uğrunda matçda İtaliyaya qarşı forma geyinməyəcək. 28 yaşlı forvard turnirdə 6 qol vurub.
Lukaku norveçli Erlinq Haland və ispaniyalı Fernan Lopeslə yarışın bombardirlərindən biridir. O, sabah turnirin vahid bombardiri olmaq şansını itirib.
0
0