Azərbaycan Premyer Liqasında çıxış edən 11 ən yaxşı bombardir bəlli olub.
Apasport.az saytı cari mövsüm çempionatda meydana çıxan və hesabında ən çox qol olan 11 futbolçunu müəyyənləşdirib.
Cədvələ Rauf Əliyev başçılıq edir. “Səbail”in təcrübəli hücumçusu 61 qol vurub.
Onun ən yaxın izləyici Mahir Emrelidir. “Qarabağ”ın qol silahı rekordçudan 8 top geridədir.
Emrelinin sabiq komanda yoldaşı, hazırda “Zirə”nin uğurları üçün çalışan Riçard Almeyda 44 dəfə fərqlənib.
Maraqlıdır ki, 11 bombardir siyahısında cəmi 4 klubun nümayəndələri var. “Səbail”in 4 üzvü burada yer alıb. “Zirə” cədvəldə üç futbolçu ilə təmsil olunub. “Qarabağ”la “Qəbələ”də iki oyunçunun məhsuldarlığı diqqət çəkir.
1. Rauf Əliyev (Səbail) - 61
2. Mahir Emreli (Qarabağ) - 53
3. Riçard Almeyda (Zirə) - 44
4. Əfran İsmayılov (Səbail) - 42
5-6. Cavid Hüseynov (Qəbələ) - 39
Ruslan Qurbanov (Zirə) - 39
7. Amil Yunanov (Səbail) - 37
8. Filip Ozobiç (Qarabağ) - 35
9-11. Asif Məmmədov (Qəbələ) - 33
Rahid Əmirquliyev (Səbail) - 33
Ağabala Ramazanov (Zirə) - 33
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”