Braziliya klubu ilə anlaşdı – “Yuventus”un futbolçusu
18.05.2021 - 10:48
“Yuventus”un yarımmüdafiəçisi Duqlas Kosta Braziliyaya qayıdır.
Apasport.az saytının məlumatına görə, “sambaçı” yenidən ilk klubu “Qremio”nun formasını geyinəcək.
“Qoca sinyora” 31 yaşlı hücumameyilli oyunçunun sevimli komandasına dönüşünə icazə verib. Razılığa əsasən, Kosta “Qremio” ilə 2023-cü ilin dekabrına qədər müqavilə imzalayacaq. Sənədlər tamamlandıqdan sonra Braziliya klubu bu keçidi elan edəcək.
Qeyd edək ki, bu mövsümü icarə əsasında “Bavariya”da keçirən Duqlas Kosta Almaniya Bundesliqasında keçirdiyi 11 oyunda 1 qol, 1 assistlə yadda qalıb.
- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
0
0