Braziliyalı hücumçuya yeni müştəri
30.04.2022 - 14:26
“Ayaks”ın hücumçusu Antoni karyerasını İtaliyada davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, Braziliya millisinin üzvü “Yuventus”un diqqət mərkəzinə düşüb.
Yayda hücum xəttini gücləndirmək istəyən Turin klubu tezliklə amsterdamlılarla danışıqlara başlayacaq. Ancaq “qoca sinyora”nın işi heç də asan görünmür. Çünki PSJ, “Barselona”, “Mançester Yunayted” və “Bavariya” da 22 yaşlı forvard üçün Niderland təmsilçisinə müraciət edib.
Qeyd edək ki, bu mövsüm 33 oyunda 12 qol, 10 assistlə yadda qalan Antoninin transfer dəyəri 35 milyon avroya bərabər göstərilir.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0