Brozoviç Premyer Liqa yolunda
01.10.2021 - 17:20
İtaliyanın “İnter” klubunun futbolçusu Marselo Brozoviç karyerasını İngiltərədə davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, xorvatiyalı yarımmüdafiəçi Premyer Liqanın iki klubunun maraq dairəsindədir.
Onun Milan təmsilçisi ilə müqaviləsi 2022-ci ilin yayında başa çatacaq. Tərəflər anlaşmanı uzatmaqla bağlı razılığa gəlməyib.
Yayda azad agent olacaq Brozoviç İngiltərə klublarına pulsuz keçə biləcək. “Liverpul” və “Tottenhem” bu imkandan yararlanmaq niyyətindədir.
0
0