Bruno Fernandeş qəza törətdi
18.04.2022 - 15:23
“Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandeş avtomobil qəzasına düşüb.
Apasport.az saytının məlumatına görə, Portuqaliya millisinin üzvü “Porsche” markalı avtomobili ilə qəza törədib.
Xoşbəxtlikdən xəsarət alan olmayıb. Baş verən hadisə Fernandeşin klubun məşqlərində iştirakına mane olmayacaq.
Qeyd edək ki, 28 yaşlı orta sahə oyunçusu bu mövsüm Premyer Liqada 30 oyuna çıxıb, 9 qol, 6 assistlə yadda qalıb.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0