Burak Yılmaza Türkiyədə yeni müştəri
29.04.2022 - 13:23
“Lill”in hücumçusu Burak Yılmaz mövsümün sonunda Türkiyəyə qayıdacaq.
Apasport.az saytının məlumatına görə, 37 yaşlı forvard bir müddət əvvəl “Qalatasaray”la ilkin razılığa gəlsə də, fikrini dəyişə bilər.
Çünki “Beşiktaş”dan sonra “Adana Demirspor” da millinin sabiq üzvünü heyətinə cəlb ermək arzusuna düşüb. Adana klubunun baş məşqçisi Vinçentso Montello veteran futbolçunun keçidində israrlıdır. Çalışdırıcının tələbindən sonra futbolçunun meneceri ilə danışıqlara start verilib.
Qeyd edək ki, Burak Yılmaz bu mövsüm 37 oyunda 7 qol vurub, 3 məhsuldar ötürmə verib.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0