Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Liverpul”u qəbul edən “Real” 3:1 hesablı qələbə qazanıb.
Apasport.az saytının məlumatına görə, bu qarşılaşma “kral klubu”nun hücumçusu Vinisyus Junior üçün əlamətdar olub.
Dubl edərək qarşılaşmanın qəhrəmanına çevrilən braziliyalı vinger ÇL tarixində 1/4 finalda qol vuran ən gənc oyunçu ünvanına yiyələnib. O, 20 yaş 268 günlüyündə buna nail olub. Vinisyus 21 yaş 336 günündə “Deportivo” ilə görüşdə qol vuran “Milan”ın sabiq braziliyalısı Kakanın rekordunu yeniləyib.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu aprelin 14-də Liverpulda keçiriləcək.
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
- Cek Qriliş məşqə gəlmədi – "Everton"dan sərt cəza
- Afrika Millətlər Kubokunun təqvimi dəyişdi – 2029-cu il ləğv edildi