Çempionlar Liqasında həftənin futbolçusu adına namizədlər açıqlandı
21.10.2021 - 09:00
Çempionlar Liqasında həftənin futbolçusu adına namizədlər müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, UEFA qrup mərhələsinin III tur matçlarından sonra ən yaxşı adına 4 iddiaçını açıqlayıb.
Bunlar qapıçı Alisson Bekker (“Liverpul”), müdafiəçilər Deyli Blind (“Ayaks”), Sebastyan Koates (“Sportinq”) və hücumçu Noar Okafordur (“Zalsburq”).
Azarkeşlər arasında aparılan səsvermənin nəticəsi sabah açıqlanacaq.
0
0