“Zirə”nin yeni transferi Fakundo Melivilo Azərbaycana gəlməzdən əvvəl Çili klubu “Kokimbo” ilə anlaşıb.
Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, argentinalı hücumçu Primera B-yə düşən komanda ilə müqavilənin şərtlərini də razılaşdırıb.
Lakin “Zirə”nin təklifi 29 yaşlı forvardı son anda fikrindən daşındırıb. Melivilonun keçidi “Kokimbo” rəsmiləri tərəfindən təsdiqlənsə də, futbolçu son prosedur olan tibbi müayinədən keçməyib. Müayinə və təqdimat öncəsi klubla əlaqə saxlayan futbolçu gəlməyəcəyini, Azərbaycandan bir təklifi olduğunu bildirib.
Qeyd edək ki, son klubu Argentina təmsilçisi “San Martin” olan Fakundo Melivilo “Zirə” ilə mövsümün sonuna qədər müqavilə bağlayıb.
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”