Böyük Britaniya futbol üzrə dünya çempionatına ev sahibliyi etmək niyyətindədir.
Apasport.az saytının məlumatına görə, futbolun yaradıcıları DÇ-2030-un təşkili üçün böyük vəsait xərcləməyə də hazırdır.
Böyük Britaniya mundialı İrlandiya ilə birgə təşkil etməyi planlaşdırır. Bunu ölkənin baş naziri Boris Conson da təsdiqləyib: “Biz futbolu 2030-cu ildə öz evinə qaytarmaq istəyirik. Həqiqətən də bunun düzgün yer olduğunu düşünürəm. Bura futbolun evidir və düzgün vaxtdır. Bu, ölkəmiz üçün də möhtəşəm olacaq”.
Namizədliyin verilməsi üçün 2,8 milyon funt sterlinqin ayrılacağı gözlənilir.
Qeyd edək ki, 2030-cu il ilk dünya çempionatının keçirilməsinin yüzilliyinə təsadüf edəcək.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!