Dembele Messidən öndə
11.05.2022 - 09:39
“Böyük beşlik” liqalarının 2022-ci ildəki oyunlarında ən çox assistə imza atan futbolçuların siyahısı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, cədvələ Usman Dembele başçılıq edir.
“Barselona”nın fransalı vingeri bu il 10 qolun ötürməsini verib. İkinci pillədə Lionel Messi qərarlaşıb. PSJ-nin argentinalı hücumçusu 9 assistin müəllifidir.
Üç futbolçunun aktivində 8 məhsuldar ötürmə var. Bunlar Deyan Kulusevski (“Tottenhem”), Marko Roys (“Borussiya” D) və Kristofer Nkunkudur (“Leypsiq”).
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0