Depay Klyuvertin rekordunu yenilədi
12.10.2021 - 09:23
Niderland millisinin hücumçusu Memfis Depay yeni rekorda imza atıb.
Apasport.az saytının məlumatına görə, o, buna DÇ-2022-nin seçmə mərhələsində Cəbəllütariqlə görüşdə nail olub.
Komandasının 6:0 hesablı qələbəsinə dublla töhfə verən Depay bir təqvim ilində millidəki qollarının sayını 14-ə çatdırıb. Bununla o, həmyerlisi Patrik Klyuvertin ölkə rekordunu təzələyib. Klyuvert 2000-ci ildə 12 dəfə fərqlənmişdi.
Qeyd edək ki, 7 oyunda 19 xal toplayan Niderland yığması qrup liderliyini davam etdirir.
0
0