Depaya Premyer Liqadan müştərilər
02.05.2022 - 22:53
“Barselona”nın hücumçusu Memfis Depay İngiltərəyə köçə bilər.
Apasport.az saytının məlumatına görə, Niderland millisinin forvardı Premyer Liqa klublarının hədəfindədir.
Ancaq 28 yaşlı oyunçunun transferi ilə bağlı danışıqlarda hələlik heç bir irəliləyiş olmayıb. Depay özü Kataloniya klubunda qalmaq arzusunda olduğunu, lakin bunun üçün müntəzəm əsas heyətdə oynamasının vacibliyini bildirib. Hücum xəttindəki rəqabəti nəzərə alan rəhbərlik yayda onun satılmasına qarşı deyil.
Qeyd edək ki, Memfis Depay bu mövsüm bütün turnirlərdə 34 oyunda 12 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0