Di Mariyanın yeni klubu bilinir
14.05.2022 - 10:52
PSJ-nin yarımmüdafiəçisi Anxel Di Mariyanın yeni klubu böyük ölçüdə məlumdur.
Apasport.az saytının məlumatına görə, Argentina millisinin üzvü “Yuventus”a keçməyə hazırlaşır.
34 yaşlı hücumameylli oyunçu turinlilərlə müqavilə imzalamağa yaxındır. Bir müddətdir tərəflər arasında danışıqlar gedir. Di Mariyanın keçidinin gələn həftə rəsmən açıqlanması gözlənilir.
Qeyd edək ki, Anxelin Fransa çempionu ilə sözləşməsi mövsümün sonuna qədərdir. O, cari mövsüm Liqa1-də 24 oyunda 3 qol vurub, 6 assist edib.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0