Futbol oyunlarında təmiz vaxt sistemi tətbiq oluna bilər.
Apasport.az saytının məlumatına görə, FİFA və İFAB bununla bağlı araşdırmalar aparır.
Bunu sabiq FİFA referisi Mark Klattenburq açıqlayıb. O bildirib ki, hər qaşılaşmanın təmiz 60 dəqiqədən ibarət olması nəzərdən keçirilir: “Biz hakimlər bilirik ki, artırılan vaxt mübahisəli məsələdir. Hesabda öndə olan komanda az, uduzan tərəf çox vaxtın əlavə edilməsinin tərəfdarıdır. Bunun həlli yolu isə matçların təmiz 60 dəqiqədən ibarət olmasıdır. Hazırda Pyerluici Kollina, FİFA və İFAB bu məsələni araşdırır. Basketbolda belə qayda işləyir və futbolda da faydalı ola bilər. Belə olsa, hər qarşılaşma eyni qədər davam edəcək və biz narazılıqlardan qurtulacağıq”.
Qeyd edək ki, cari mövsüm İngiltərə Premyer Liqasında top orta hesabla hər matçda 55 dəqiqə 3 saniyə oyunda olub.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"