FİFA referimiz Çexiyanın oyununa təyinat aldı
04.10.2021 - 11:25
FİFA referisi Rauf Cabarov təyinat alıb.
Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, o, 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsi oyunlarında iş başında olacaq.
Cabbarov oktyabrın 7-də keçiriləcək Kosovo – Çexiya görüşünün baş hakimi funksiyasını icra edəcək.
Ona Namik Hüseynov və Cavanşir Yusifov kömək edəcək. Dördüncü hakim Rəşad Əhmədov olacaq.
0
0