Fabio Kannavaro Barselona klubunu çalışdıra bilər
02.05.2022 - 14:34
Məşhur italiyalı futbolçu Fabio Kannavaro İspaniyada çalışa bilər.
Apasport.az saytının məlumatına görə, 49 yaşlı mütəxəssisin “Espanyol”un sükanı arxasına keçməsi müzakirə mövzusudur.
Barselona klubu baş məşqçi Visente Moreno və idman direktoru Fransisko Rufete ilə mövsümün sonunda yollarını ayıracaq. “Espanyol”un prezidenti olan çinli iş adamı Çen Yanşen komandaya Kannavaronun başçılıq etməsini istəyir. Onun son iş yeri ötən ilin sentyabrında ayrıldığı Çin təmsilçisi “Quançjou” olub.
Qeyd edək ki, “Espanyol” La Liqada 34 turdan sonra 39 xalla 14-cü pillədə qərarlaşıb.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0