Finalda 9 min tamaşaçı – UEFA-nın istəyi
27.03.2021 - 15:12
UEFA-nın Çempionlar Liqasının finalı ilə bağlı planları bəlli olub.
Apasport.az saytının məlumatına görə, qurum Türkiyənin İstanbul şəhərindəki qarşılaşmada ən azı 9 min tamaşaçının olmasını istəyir.
Bu yerlər finalçı komandalar arasında bölüşdürüləcək. Bu barədə 1/4 finalda oynayacaq 8 klub da məlumatlandırılıb. Lakin mayın 29-da Olimpiya stadionunda keçiriləcək görüşə tamaşaçıların buraxılması ilə bağlı yekun qərarı Türkiyə hökuməti verməlidir.
Qeyd edək ki, Olimpiya stadionu 75 min 415 tamaşaçı tutumuna malikdir.
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
0
0