Avropanın böyük klubları tərəfindən yaradılan Superliqanın formatı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, turnirdə 20 klubun iştirakı planlaşdırılır.
Formata əsasən, hərəsində 10 komanda olmaqla 2 qrup yaradılacaq. Qruplarda ilk üç yerin sahibləri 1/4 final mərhələsinə vəsiqə əldə edəcək. 4-5-ci yerləri tutanlar isə digər iki 1/4 finalçını müəyyənləşdirmək üçün öz aralarında pley-off oyunları keçirəcək.
Qeyd edək ki, bu ilin avqustunda başlaması planlaşdırılan Superliqada hələlik 12 klubun iştirakı təsdiqlənib. Bunlar “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, “Barselona”, “Atletiko”, “Real”, “Milan”, “İnter” və “Yuventus”dur.
- Pulişiç “Milan”da qalacaq?
- Ronaldo yenidən “Qızıl top” qazandı – Bu dəfə fərqli mükafat
- Seneqal millisindən “Qalatasaray”ın futbolçusuna vida mesajı
- Türkiyə Kubokunda sensasiya – III Liqa klubu “Kayserispor”u darmadağın etdi
- “Bavariya”nın baş məşqçisi xəstəxanadan buraxıldı – Qayıdacağı tarix bəlli oldu