Fran “Real”a qayıdır
18.04.2022 - 12:49
“Real” heyətinə yeni futbolçu qatacaq.
Apasport.az saytının məlumatına görə, “Rayo Valyekano”nun müdafiəçisi Fran Qarsia “Kral klubu”nda çıxış edəcək.
22 yaşlı futbolçunun keçidi ilə bağlı razılıq əldə olunub. “Real” öz yetirməsini 2021-ci ilin yayında 2 milyon avroya satıb. Paytaxt təmsilçisi yeni komandasında 33 matç keçirən futbolçunu qaytarmağa qərar verib.
Qarsianın “Rayo Valyekano” ilə müqaviləsi 2025-ci ilin yayında başa çatacaq. Onun keçidinin 5 milyon avroya reallaşacağı gözlənilir.
Qeyd edək ki, Fran İspaniya U-21 yığmasının oyunçusu olub.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0