Frenki de Yonq Premyer Liqa klubu ilə anlaşdı
12.05.2022 - 09:13
“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq karyerasını İngiltərədə davam etdirəcək.
Apasport.az xəbər verir ki, bu iddia ilə tanınmış jurnalist Cerard Romero çıxış edib.
Onun sözlərinə görə, Niderland millisinin üzvü mövsümün sonunda “Mançester Yunayted”ə keçəcək. Hətta transferin 95 faiz həll olunduğu vurğulanıb. İspaniya klubu bu addımı maliyyə probleminə görə atıb. Kataloniya təmsilçisinin transferdən 70-80 milyon avro qazanması gözlənilir.
Qeyd edək ki, 25 yaşlı de Yonq “Barselona”ya 2019-cu ildə “Ayaks”dan keçib.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0