Frenki de Yonq qərarını verdi
11.02.2022 - 17:53
“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq gələcəyi ilə bağlı qərarını verib.
Apasport.az saytının məlumatına görə, Niderland millisinin üzvü hazırkı komandasında qalmaq niyyətindədir.
24 yaşlı orta sahə oyunçusu son vaxtlar formadan uzaq olsa da, Kataloniya klubunda uğur qazanmaqda qərarlıdır və mövsümün sonunda başqa təkliflərə nəzər salmayacaq. O, oyununu La Liqa klubunda təkmilləşdirmək istəyir.
Qeyd edək ki, Frenki de Yonq 2019-cu ildən “Barselona”da çıxış edir.
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı
0
0