Futbolçusu ilə müqaviləyə xitam verdi – “Səbail”
27.03.2021 - 13:32
“Səbail” futbolçusu Vüqar Bəybalayevlə yollarını ayırıb.
Apasport.az xəbər verir ki, bu barədə klub feysbuk səhəfəsində məlumat yayıb.
Bildirilib ki, Bakı təmsilçisi Bəybalayevlə müqaviləsinin vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə edib. Futbolçuya azad agent statusu verilib.
Qeyd edək ki, Vüqar cari mövsüm Premyer Liqada 9 oyun keçirib. O, mövsümün sonunadək Gürcüstanın "Telavi" klubunda çıxış edəcək.
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
0
0