Bu gün İtaliya kubokunda ilk finalçı bəlli olacaq.
Apasport.az saytının məlumatına görə, yarımfinalın cavab oyunları Milan derbisi ilə başlayacaq.
İlk görüşdə qolsuz heç-heçə edən “Milan”la “İnter” finala vəsiqə üçün mübarizə aparacaq. Şəhərin eyniadlı təmsilçisi 14, “neradzurra” 13 dəfə qazandığı titula bir addım yaxınlaşmağa çalışacaq.
İkinci finalçı sabah bəlli olacaq. Kubokun 20 qat qalibi “Yuventus” Turində “Fiorentina”nı keçməyə çalışacaq. Səfərdə bir qolla qalib gələn turinlilər üstünlüyünü qorumağa, kubokun 10 qat qalibi olan “bənövşəyilər” isə bunu aradan qaldırmaq niyyətindədir.
Yarımfinal, cavab oyunları
19 aprel
23:00. “İnter” – “Milan”
İlk oyun – 0:0
20 aprel
23:00. “Yuventus” – “Fiorentina”
İlk oyun – 1:0
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”