FİFA “Qalatasaray” və “Fənərbaxça”ın əfsanəvi futbolçuları George Haci ilə Aleks de Souzanın Türkiyə Super Liqasındakı çıxışına əsasən sorğuya start verib.
Apasport.az saytının məlumatına görə, ali futbol qurumu tvitter səhifəsində azarkeşlərdən “10 nömrələr”in Türkiyə çempionatındakı çıxışının dəyərləndirilməsini istəyib.
Bu gün səhər başladılan sorğuya artıq 300 mindən çox azarkeş qatılıb. Hazırda davam edən sorğuda braziliyalı ilə rumıniyalı, demək olar ki, bərabər sayda səs toplayıb. Gah Aleks, gah da Hacinin cüzi üstünlüyə malik olması iki komanda azarkeşləri arasında gərgin mübarizənin olduğunu göstərir.
Qeyd edək ki, George Haci 1996-2001-ci illərdə “Qalatasaray”ın heyətində Super Liqada 192 oyunda 71 qol vurubsa, Aleks de Souza 2004-2012-ci illərdə “Fənərbaxça” formasında 344 matçda 171 dəfə fərqlənib.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!