Azərbaycan Premyer Liqasında XVIII turun növbəti iki oyunu üçün bütün təyinatlar açıqlanıb.
Apasport.az saytının məlumatına görə, sabah keçiriləcək matçların hakimləri, hakim-inspektor və AFFA nümayəndələri bəlli olub.
“Sumqayıt” – “Zirə” görüşünü İnqilab Məmmədov idarə edəcək. “Neftçi” – “Sabah” qarşılaşmasında isə Rəşad Əhmədov fit çalacaq.
Azərbaycan Premyer Liqası
XVIII tur
3 mart (çərşənbə)
“Sumqayıt” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Vüqar Bayramov, Fərid Hacıyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: İlham Əliyev
“Kapital Bank Arena”, 16:00
“Neftçi” – “Sabah”
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Rahil Ramazanov, Elçin Məsiyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“Bakcell Arena”, 18:15
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!