21 yaşadək futbolçular arasında ən bahalı 10 transferin siyahısı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, Dortmund “Borussiya”sından “Mançester Siti”yə keçidi dünən açıqlanan Erlinq Haland da siyahıda yer alıb.
Transferinin 60 milyon avroya reallaşdığı bildirilən norveçli hücumçu cədvəldə 5-ci yerə şərikdir. Antoni Marsial “Mançester Yunayted”ə eyni qiymətə keçib.
Gənclər arasında rekordçu Kilian Mbappedir. PSJ onun üçün “Monako”ya 145 milyon avro ödəyib. Ondan başqa yalnız Joao Feliks 100 milyondan baha olub.
1. Kilian Mbappe – 145 milyon avro
2. Joao Feliks – 127,2 milyon avro
3. Viktor Osimhen – 75 milyon avro
4. Luka Yoviç – 63 milyon avro
5-6. Antoni Marsial – 60 milyon avro
Erlinq Haland – 60 milyon avro
7. Fabio Silva – 40 milyon avro
8. Rişarilson – 39,2 milyon avro
9. Andre Silva – 38 milyon avro
10. Ueyn Runi - 37 milyon avro
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"