Erlinq Halandın “Mançester Siti”dəki illik məvacibi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, növbəti mövsümdən “şəhərlilər”in formasını geyinəcək 21 yaşlı forvard komandanın ən yüksək ödənişli iki oyunçusundan birinə çevriləcək.
Norveç millisinin üzvünün həftəlik maaşı 375 min funt sterlinq olacaq. O, bununla ən çox əmək haqqı qazanan yarımmüdafiəçi Kevin De Bruyne ilə eyni sayda pul alacaq. Ancaq gənc hücumçunun müqaviləsinin müddəti hələ açıqlanmayıb.
Qeyd edək ki, “Mançester Siti” dünən Erlinq Halandın transferini rəsmən açıqlayıb. Dortmund “Borussiya”sından 75 milyon avroya alınan futbolçu iyulun 1-də yeni komandasına qoşulacaq.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"