Hames Rodrigesə Türkiyədən təklif
28.04.2022 - 21:43
Mövsümün əvvəlində Qətər klubu “Əl-Rayyan”la 2 illik müqavilə imzalayan Hames Rodriges Asiya ölkəsində çox qalmaq fikrində deyil.
Apasport.az saytının məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi Avropaya qayıtmaq qərarına gəlib.
Kolumbiya millisinin üzvü bu barədə meneceri Jorje Mendeşi məlumatlandırıb. “Əl-Rayyan”da illik maaşı 12 milyon avro olan futbolçu məvacibində ciddi şəkildə endirimə getməyə də razıdır. Mendeşin danışıq apardığı klublar arasında Türkiyə təmsilçiləri olduğu da bildirilib.
Qeyd edək ki, Hames Rodriges bu mövsüm 15 oyunda 5 qol vurub, 6 assist edib.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0