İki addım qaldı – rekorda
03.03.2021 - 09:43
İngiltərənin “Mançester Siti” klubu bütün turnirləri əhatə edən qələbə seriyasını 21 oyuna çatdırıb.
Apasport.az saytının məlumatına görə, Pep Qvardiolanın yetirmələri Premyer Liqada “Vulverhempton”a 4:1 hesabı ilə qalib gəlib.
Bu, “Böyük beşlik” liqaları üçün 3-cü göstəricidir. Mütləq rekord “Bavariya”ya məxsusdur. Almaniya təmsilçisi ötən il 2020-ci ildə ardıcıl 23 dəfə qalib gəlib. 2014-cü ildə Karlo Ançelottinin rəhbərlik etdiyi “Real” 22 dəfə sevinib.
Qeyd edək ki, “Mançester Siti” növbəti oyununu martın 7-də “Mançester Yunayted”ə qarşı keçirəcək.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0