Avropa Superliqasının yaradılması bir çox mütəxəssislər kimi, futbolçuların da narazılığına səbəb olub.
Apasport.az saytının məlumatına görə, xüsusən də, İngiltərə Premyer Liqasında çıxış edən klubların oyunçuları bu turnirdə iştirak etmək niyyətində deyil.
Bu sarıdan “Liverpul” üzvləri xüsusi fəallıqları ilə seçilirlər. Təsadüfi deyil ki, “qırmızılar”ın kapitanı Cordan Henderson Premyer Liqa klublarının bütün kapitanlarını təcili iclasa dəvət edib. Toplantıda Superliqanın boykot edilməsi müzakirə olunacaq.
Qeyd edək ki, Superliqada İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Liverpul”, “Çelsi”, “Arsenal” və “Tottenhem” klublarının iştirakı təsdiqlənib.
- Pulişiç “Milan”da qalacaq?
- Ronaldo yenidən “Qızıl top” qazandı – Bu dəfə fərqli mükafat
- Seneqal millisindən “Qalatasaray”ın futbolçusuna vida mesajı
- Türkiyə Kubokunda sensasiya – III Liqa klubu “Kayserispor”u darmadağın etdi
- “Bavariya”nın baş məşqçisi xəstəxanadan buraxıldı – Qayıdacağı tarix bəlli oldu