Argentina millisinin sabiq futbolçusu Karlos Tevez yenidən İngiltərə Premyer Liqasında çıxış edə bilər.
Apasport.az saytının məlumatına görə, 38 yaşlı hücumçunun “Tottenhem”in formasını geyinmək variantı yaranıb.
Ötən ilin yayında “Boka Xuniors”dan ayrıldıqdan bəri klubsuz qalan Tevez vaxtilə “Yuventus”da rəhbərliyi altında oynadığı “Tottenhem”in baş məşqçisi Antonio Konte ilə görüşmək üçün İngiltərəyə qayıdıb. Onun durumuna tərəflər arasında aparılacaq danışıqlardan sonra aydınlıq gələcək. Tevez hələ də karyerasını bitirmək fikrində deyil.
Qeyd edək ki, Karlos Tevez karyerası ərzində İngiltərədə “Mançester Siti”, “Mançester Yunayted” və “Vest Hem”in şərəfini qoruyub.
- "Son rəqs" üçün Argentinaya gəldi – Messi milliyə vida edir
- Ronaldonun millidəki taleyinə aydınlıq gəldi: “Məşqçi istədiyi müddətdə...”
- “Üzümə bir söz deyə bilmirlər” – Hacıosmanoğlu susqunluğunu pozdu
- Serdal Adalı yenidən “Beşiktaş” prezidenti seçilib
- Bu günün futbol matçları – Hansı oyun hansı kanalda?